"Azərbaycan millisində işləməkdən qürur duyaram".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəş ölkəsinin mətbuatına açıqlamasında bildirib.
71 yaşlı mütəxəssis müvafiq şəxslərdən ona təklif gəldiyini söyləyib.
Günəş rəsmi dəvət gözlədiyini də vurğulayıb: "Hazırda Avstriyada istirahət edirəm. Oturub detallı danışmağımız lazımdır. Azərbaycan futbolu yüksəlişdədir".
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.