10 Dekabr 2023 09:52
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, son olaraq daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Sabah" "Səbail"i qəbul edəcək. Meydan sahibləri 19 xalla 7-ci, qonaqlar 23 xalla 4-cü pillədə qərarlaşıb.

Tura "Neftçi" - "Turan Tovuz" görüşü ilə yekun vurulacaq. Paytaxt klubu 19 xalla 6-cı, bölgə təmsilçisi 15 xalla 8-ci sıradadır.

Azərbaycan Premyer Liqası

XVI tur

15:00. “Sabah” – “Səbail”

Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Bank Respublika Arena”

18:00. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Neftçi Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı (6:1), "Kəpəz" "Qəbələ"ni (3:0) məğlub edib. "Zirə" - "Araz-Naxçıvan" matçında isə hesab açılmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər