11 Dekabr 2023 12:37
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya Futbol Konfederasiyası “Buriram Yunayted”də çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayevi ağır cəzalandırıb.

Teleqraf.com Tailand mətbuatına istinadən xəbər verir ki, o, Asiya Çempionlar Liqasında Çinin "Zhejiang" klubu ilə keçirilən oyundan sonra davada iştirak etdiyinə görə 8 oyunluq cəza alıb.
Ramilin komanda yoldaşları Leon Xames və Şitipat Tanklanqa isə 6 oyunluq cəza verilib.

Xatırladaq ki, Çin klubunun 3:2 hesabı ilə qalib gəldiyi oyundan sonra hər iki komandanın oyunçuları və məşqçiləri arasında kütləvi dava düşüb. Şeydayev rəqib komandanın bir çox futbolçusunun fiziki hücumuna məruz qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər