İngiltərə Premyer Liqasında növbəti rekord qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, “Liverpul” komandası ölkə çempionatının XX turunda “Nyukasl”la görüşdə yaratdığı qol vəziyyətinə görə bunu reallaşdırıb.
4:2 hesabı qələbə qazanan “Liverpul” matçda 34 real qol şansı əldə edib. Bu isə lig tarixində ən yüksək göstəricidir.