Türkiyədə təlim-məşq toplanışı keçirən Bakının “İnter” komandası yanvarın 22-də növbəti məşqinə çıxıb.
Teleqraf.com klubun saytına istinadla xəbər verir ki, “İnter” toplanış çərçivəsində son yoxlama matçını yanvarın 23-də keçirəcək.
Komandamızın rəqibi Cənubi Koreya təmsilçisi “Jeju United” komandası olacaq. Oyun Bakı vaxtı ilə saat 17-də başlayacaq.“İnter” klubu Bakıya yanvarın 24-də qayıdacaq.