10 Fevral 22:46
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Asiya Kubokunun qalibi məlum olub.

Teleqraf.com xəbər verir ki, matçda İordaniya və Qətər yığmaları üz-üzə gəliblər. Gərgin qarşılaşma qətərlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Qətər seçməsinin heyətində Əkrəm Afif penaltini dəqiq yerinə yetirib. İordaniya yığması matçın 67-ci dəqiqəsində Yazan Əl-Naimatın qolu ilə hesabı bərabərləşdirib.

Lakin 73-cü və 90+5-ci dəqiqələrdə Əkrəm Afif növbəti penaltiləri qola çevirərək komandasına kuboku qazandırıb.


Müəllif: Teleqraf.com