20 Fevral 21:36
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq “Braqa”nın Bakıya gələcək heyəti dəqiqləşib.

Teleqraf.com xəbər verir ki, baş məşqçi Artur Jorje səfərdə 23 futbolçuya güvənəcək.

O, heyətdə sürpriz edib. Bir aya yaxın fasilədən sonra Bruma komanda ilə olacaq. O, menisk əməliyyatından sonra bərpa prosesini başa vurub. Rikardo Orta isə bu dəfə də heyətdən kənar qalacaq.

Qapıçılar: Mateus, Tiaqo Sa, Lukas Horniçek;

Müdafiəçilər: Serdar, Niakate, Fonte, Paulo Oliveyra, Co Mendeş, Çissumba, Viktor Qomez, Borxa;

Yarımmüdafiəçilər: Şer Ndur, Zalazar, Vitor Karvalyo, Pizzi , Joao Moutinyo, Soumare;

Hücumçular: Bruma, Abel Ruiz, Alvaro Calo, Roni Lopes, Rocer, Simon Banza.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər