21 Fevral 22:13
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbolçular ilk oyundan sonra paltardəyişmə otağında dedilər ki, hələ heç nə bitməyib, vəziyyəti xeyrimizə dəyişəcəyik. İlk oyundakı hesab qarşımızda çətin missiyanın durduğunu göstərir. Nəzərə alaq ki, ötən həftəsonu çempionatda bir gərgin matç da keçirmişik. "Qarabağ" isə oynamayıb".

Teleqraf.com xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje “Qarabağ”a qarşı Bakıda keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis Azərbaycan klubu barədə xoş fikirlər səsləndirsə də, səfərə qələbə dalınca gəldiklərini bildirib: “Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq. Fikrimcə, bu, mümkünsüz deyil. Yaxın zamanda liqa kubokunun qalibi olmuşuq. Mövsüm hələ bitməyib. Mərhələ keçməklə uğurun davamını gətirə bilərik. Bütün matçlarda qələbə qazanmaq iqtidarında deyilik. Çempionatda da mövsümü daha yüksək yerlərdə bitirə bilərik. "Braqa"nın hər bir oyunçusu qələbə üçün vuruşmalıdır".

Jorje komandanın qarşısına yüksək tələb qoyduqlarını vurğulayıb: "Çox keyfiyyətli futbolçularımız var. Onlar istənilən anda matçın taleyini həll edəcək gücdədir və qarşıya qoyulan hədəfi yerinə yetirəcəklərinə şübhə etmirəm. Bu, istəkdən xəbər verir. Qarşımızda çox güclü rəqib var. Amma istənilən halda, hədəfimiz minimalhesablı qələbə yox, mərhələ adlamaqdır".

Təcrübəli çalışdırıcı Portuqaliyadakı qarşılaşmada ilk qolun həlledici rol oynadığını düşünür: "Braqada ilk qolu buraxmağımız oyunun açar anı idi. "Qarabağ"ın üstünlüyə yiyələnməsi mühüm rol oynadı. İndiki mərhələdə hansısa rəqibi ciddi qəbul etməmək doğru olmaz. "Qarabağ" həm güclü komandadır, həm də fərdi cəhətdən yaxşı oyunçuları var. Etiraf etmək lazımdır ki, orda "Qarabağ" üstün idi. Bu da hesabda öz əksini tapdı. Hətta ikinci hissədə bir mərhələdə başımızı itirmişdik. Lakin sabah mərhələ adlamaq istəyiriksə, daha diqqətli olmalıyıq".

Xatırladaq ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Komandaların Portuqaliyadakı ilk duelində Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər