22 Fevral 14:10
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya millisinin sabiq futbolçusu Dani Alves təcavüzə görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniya nəşri "La Vanguardia" məlumat yayıb.

Qeyd edək ki, 2023-cü il yanvar ayında adı açıqlanmayan bir qadın Alves barəsində polisə şikayət edib. Futbolçu isə Barselonadakı gecə klublarının birində qadına qarşı cinsi təcavüzdə ittiham olunub.

2023-cü il yanvarın 20-də Barselona məhkəməsi Alves barəsində həbs-qətimkan tədbiri seçib və oyunçu zaminə buraxılmayıb. Barselona prokurorları ittihamları rədd edən futbolçuya 9 il həbs cəzası istəyib.

Futbolçu isə məhkəmədə qurbanla cinsi əlaqənin razılıq əsasında və zorakılıq olmadan olduğunu bildirib.

Xatırladaq ki, Dani Alves, "Barselona" nın tərkibində altı qat İspaniya çempionu, dörd dəfə İspaniya kubokunun və Superkubokunun, üç dəfə Çempionlar Liqasının qalibi olub. Həmçinin "Sevilla", "Yuventus" , Paris "Saint-Germain" və Braziliyanın "Bahia" və "Sao Paulo" komandalarında oynayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər