UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Tofiq Bəhramov stadionunda keçirilən “Qarabağ” - “Braqa” matçında Ağdam klubunun azarkeşləri maraqlı xoreoqrafiya açıblar.
Teleqraf.com xəbər verir ki, fanatlar Azərbaycanının Milli Qəhrəmanı Allahverdi Bağırovla Qurban Qurbanovun əl-ələ xoreoqrafiyasını hazırlayıblar.
Xoreoqrafiyada “Ruhumuz şaddır” deyə qeyd olunub.
Xatırladaq ki, Allahverdi Bağırov “Qarabağ”ın futbolçusu, kapitanı baş məşqçisi olub. O, birinci Qarabağ müharibəsində şəhid olub.