23 Fevral 17:15
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının 1/8 finalında Almaniyanın “Bayer” klubu ilə qarşılaşacaq “Qarabağ” bu komanda ilə ilk matçlara itki ilə çıxacaq.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Elvin Cəfərquliyev “Braqa” ilə görüşdə qırmızı vərəqə aldığı üçün meydanda olmayacaq.

Julio Romao isə sarı vərəqə limitini doldurduğuna görə qarşılaşmanı buraxacaq.

Marko Yankoviç, Toral Bayramov və Marko Veşoviç isə ilk oyunda sarı vərəqə alsalar, cavab oyununda meydanda olmayacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər