25 Fevral 14:13
1 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso qərarını verib.

Teleqraf.com xəbər verir ki, ispaniyalı mütəxəssis daha 1-2 il hazırkı komandasında qalmağı planlaşdırır.

42 yaşlı çalışdırıcı Almaniyanın “Bavariya” və İngiltərənin “Liverpul” klubunun “sükanı arxası”na keçməyi düşünmür. Onun arzusu İspaniya nəhəngi “Real”a rəhbərlik etməkdir. Alonso “kral klubu”ndakı həmkarı Karlo Ançelottinin postundan gedişinə qədər Leverkuzen təmsilçisindəki işini davam etdirməyə hazırdır.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə ilk oyununu martın 7-də evdə, cavab görüşünü isə 14-də səfərdə keçirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər