27 Yanvar 2015 10:53
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın ən istedadlı futbolçularından hesab edilən Marko Roys futboldan başqa da xüsusi istedada sahib imiş.

Publika.az xəbər verir ki, Dortmund “Borussiya”sının lideri modelyerliyə başlayıb. Roys öz geyim dəstini buraxıb. Belə ki, futbolçu üzərində meymun şəkli olan maykaların təqdimatını keçirib. Qiyməti 20 avro olan bu köynəkləri internet vasitəsiylə “MRXI” adıyla tapıb sifariş vermək olar. Roys qeyd edib ki, bütün qazancı xeyriyyəçiliyə sərf edəcək.

Maraqlıdır ki, köynəklər iki dəst olacaq. Hər köynəkdə meymunlar fərqli təsvir olunacaq. Noyabrda transfer xəbərlərinə etiraz olaraq “Bavariya” (10-cu tur, 1:2), “Paderborn” (12-ci tur, 2:2) və “Sankt-Pauli”yə (Almaniya kuboku, 3:0) vurduğu qollardan sonra əliylə qulaqlarını və gözlərini bağlayaraq heç nə eşitməməsinə işarə vurmuşdu.

Hazırda zədəsini sağaltmaqla məşğul olan Marko cari mövsümdə Bundesliqada 7 oyunda forma geyinib və 3 qol, 2 məhsuldar ötürməylə yadda qalıb.

Xatırladaq ki, Roys “Borussiya”da bu işlə məşğul olan ikinci futbolçudur. Ondan əvvəl Kevin Qrosskroyts da özünü moda sahəsində sınamışdı.


Müəllif:

Oxşar xəbərlər