28 Mart 08:15
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 yaşadək cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, yarış Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Martın 29-31-də təşkil olunacaq birincilikdə 800-dən çox yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək.


Müəllif: Teleqraf.com