29 Mart 18:35
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.

Teleqraf.com xəbər verir ki, sonuncu dövrənin ilk oyunu Qəbələdə keçirilib.

Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Çempionatın aşkar autsayderi növbəti dəfə meydanı məğlub tərk edib.

Rəqibi üzərində 1:0 hesablı qələbə qazanan “Neftçi” xallarının sayını 43-ə çatdıraraq, turnir cədvəlində ikinci pilləyə yüksəlib. Qarşılaşmada yeganə qola 42-ci dəqiqədə Kilan Lebon imza atıb.

Qeyd edək ki, tura martin 31-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com