11 Aprel 09:47
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Teleqraf.com xəbər verir ki, 28 yaşlı qrossmeyster altıncı turda Hindistan təmsilçisi Rameşbabu Praqnanandhayla qarşılaşıb və rəqibinə məğlub olub: 0:1

N.Abasov ilk turda Yan Nepomnyaşi ilə heç-heçə edib, ikinci görüşdə ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. O, üçüncü turda Hikaru Nakamura (ABŞ), dördüncü turda Fransanı təmsil edən Əlireza Firuzca ilə bərabərə qalıb. Beşinci turda isə Hindistan təmsilçisi Dommaracu Qukeşə məğlub olub.

Hesabında 1,5 xal olan Nicat Abasov eyni nəticə göstərən Əlireza Firuzca ilə 7-8-ci yerləri bölüşdürür. Turnir cədvəlinə hərəyə 4 xal toplayan Dommaracu Qukeş və Yan Nepomnyaşi başçılıq edir.

İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər