15 May 17:02
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün keçirilən AFFA-nın Lisenziya Komissiyasının iclasında Premyer Liqada çıxış edən 6 komandaya UEFA-nın klub yarışlarında iştirak üçün lisenziya verilib.

Teleqraf.com assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz” və Zirə” 2024/2025 avrokuboklar mövsümü üçün lisenziya əldə ediblər.

"Səbail", "Kəpəz", "Araz-Naxçıvan" və "Qəbələ" kollektivlərinə isə lisenziya verilməyib.


Müəllif: Teleqraf.com