17 May 23:41
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.

Teleqraf.com xəbər verir ki, ilk oyun günü “Qarabağ” doğma meydanda “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb - 4:3.

Çempionluğu vaxtından əvvəl təmin edən Qurban Qurbanovun komandası bu nəticənin ardından xallarını 82-yə yüksəldib. Tovuz klubu isə 45 xalda qalıb.

Qeyd edək ki, XXXV turun digər görüşləri mayın 18-də və 19-da gerçəkləşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər