21 May 15:50
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" Çempionlar Liqasının qalibi olarsa, "Qarabağ"ın 2024/25 mövsümü Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacağı rəsmən təsdiqlənib.

Teleqraf.com qol.az-a istinadla xəbər verir ki, bunu UEFA-nın Yarışların Təşkili Komitəsinin, eyni zamanda "Qarabağ" Klubunun İdarə Heyətınin üzvü Asif Əsgərov məlumat verib.

"Əlbəttə, hazırda Çempionlar Liqasının və digər yerli liqaların bitməsini gözləməliyik. Çünki bəzi klublar var ki, reytinqi bizdən yüksəkdir, amma onların hazırda bizi ötməsi ehtimalı görsənmir. Beləliklə, "Real" yarışın qalibi olarsa, yeni mövsümdən "Qarabağ", eləcə də Macarıstanın "Ferensvaroş" klublarının ÇL-ə ikinci təsnifat mərhələsindən başlaması ehtimalı böyükdür. Bu, hər iki klubun reytinq əmsalının yüksək olması ilə əlaqədardır", - deyə A.Əsgərov bildirib.

Qeyd edək ki, Azərbaycan çempionu ÇL-ə 1-ci təsnifat mərhələsindən başlayır. Lakin yeni mövsüm avrokubokların formatının dəyişməsi UEFA reytinqi yüksək olan "Qarabağ"ın ÇL yolunu qısaldacaq. Bu, artıq İspaniya çempionu kimi ÇL-ə vəsiqəni təmin etmiş "Real"ın Çempionlar Liqasının qalibi olması sayəsində mümkün olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər