21 May 20:10
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Teleqraf.com xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda moldovalı Vitali Yeriomenkoya 3:2 hesabı ilə qalib gəlib.

55 kiloqramda yarışan Rəşad Məmmədov isə ukraynalı İvan Stefanskini 7:0 hesabı ilə məğlub edərək qitə üçüncüsü olub.

Bu gün, Xasay Həsənli (77 kiloqram) final, Laçın Vəliyev (87 kiloqram) isə bürünc medal görüşünə çıxacaq.

Nihad Quluzadə (60 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) isə sabah finalda mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər