22 May 16:19
2 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan millisin AÇ-2024 üçün genişləndirilmiş heyəti açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyası məlumat yayıb. Baş məşqçi Uilli Saqnol komandaya 26 futbolçu çağırıb.

Milli komandaya "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili də dəvət olunub:

Qapıçılar: Georgi Mamardaşvili, Georgi Loria, Luka Quqeşaşvili;

Müdafiəçilər: Solomon Kverkveliya, Giorgi Qvelesiani, Guram Kaşia, Camal Tabidze, Laşa Dvali, Luka Loçoşvili, Otar Kakabadze, Giorgi Qoçoleyşvili, Georgiy Tsitaişvili;

Yarımmüdafiəçilər: Nika Kvekveskiri, Giorgi Çakvetadze, Anzor Mekvabişvili, Caba Kankava, Otar Kiteişvili, Giorgi Koçoraşvili, Levan Şengeliya, Sandro Altunaşvili, Saba Lobyanidze;

Hücumçular: Budu Zivzivadze, Georges Mikutadze, Xviça Kvaratsxeliya, Zuriko Davitaşvili, Giorgi Kvilitaia.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər