24 May 23:29
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən güləş U-23 Avropa çempionatında qadın güləşi üzrə Azərbaycan millisi üçüncü yerə çıxıb.

Teleqraf.com xəbər verir ki, millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixinin ən yüksək nəticəsinə imza atıb.

1 dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanan yığmamız 76 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionatında üçüncü yeri tutub. Ukrayna (168) birinci, Türkiyə (118) isə ikinci olub.

Qeyd edək ki, komandamızın tərkibində Jalə Əliyeva (57 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionatının qızl medalına sahib çıxıb. Elnurə Məmmədova (53 kq) gümüş Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər