26 May 10:45
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün tamaşaçı rekordu təkrarlanıb.

Teleqraf.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXXVI turun “Sumqayıt” – “Qəbələ” matçına təsadüf edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9300 seyrçi izləyib.

Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır. XXXII turun “Sumqayıt” – “Qarabağ” görüşündə də eyni sayda izləyici olub.

Aprelin 28-də keçirilən görüş də eyni arenada baş tutub.

Qeyd edək ki, 9300 tamaşaçının olduğu hər iki qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər