26 May 22:16
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempion adı həmişə dəyərlidir.

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXXVI turunda "Araz-Naxçıvan"la heç-heçə (2:2) etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bəzi futbolçuların ilk dəfə çempionluq sevinci yaşadığını bildirib: "Bugünkü qarşılaşma sakit keçdi. Mənim üçün xoş oldu. Son matçlarda xoşagəlməz epizodlar var idi. Belə olmasını istəməzdik. Rəqib baş məşqçi Elmar Baxşıyevə də uğurlar arzulayıram. Əvvəlki çempionluqlarını daha aktiv qeyd etmişik. Hər halda mövsümün əvvəlində qarşımıza qoyulan məqsədlərdən biri buna nail olmaq idi. Titulların sayını çoxaltsaq, karyeramızda iz olar".

Qurbanov Azərbaycan Kubokunun finalında "Zirə"yə qarşı keçirəcəkləri oyunla bağlı da fikirlərini bölüşüb: "Futbolçuların hər biri peşəkardır. Finalda da qalib olmaq istəyirlər. Yaxşı mövsüm keçirən komandaya qarşı oynayacağıq. "Zirə" son qarşılaşmalarda daha intizamlı oyun sərgiləyirlər. İkinci dəfə finalda üz-üzə gələcəyik".

Baş məşqçi növbəti mövsüm Azərbaycan futboluna sağlam rəqabət arzuladığını sözlərinə əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər