Türkiyənin “Fənərbağça” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, İstanbul nəhəngi bu raundda İsveçrənin “Luqano” komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də baş tutacaq.