19 İyun 22:00
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

Teleqraf.com xəbər verir ki, A qrupunun ilk görüşündə Almaniya və Macarıstan yığmaları üz-üzə gəlib. Matç almanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Camal Musiala və İlkay Gündoğan vurublar.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Almaniya millisi liderdir.

A qrupunun digər görüşündə İsveçrə Şotlandiyanı sınağa çəkəcək. Matç 23:00-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçında ikinci qol vurulub.

Teleqraf.com xəbər verir ki, Bundestim 67-ci dəqiqədə üstünlüyünü bir qədər də möhkəmləndirib - 2:0.

İlkay Gündoğan adını tabloya yazdırıb.

Qarşılaşma davam edir.

***

21:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya - Macarıstan matçında hesab açılıb.

Teleqraf.com xəbər verir ki, Ştutqart şəhərində davam edən matçda "Bundestim" hesabı açıb.

23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.

20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya və Macarıstan yığmaları üz-üzə gəlir.

Teleqraf.com xəbər verir ki, A qrupunun matçı Ştutqart şəhərində start götürüb.

Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər