27 İyun 00:53
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

90+4-cü dəqiqədə Cenk Tosun Türkiyə yığmasına qalibiyyət gətirən qolu vurur: 2:1

***

Çexiya hesabı bərabərləşdirir. Souçek 67-ci dəqiqədə fərqlənir

***

Türkiyə yığması Çexiya ilə oyunda hesabı açıb. Hakan Çalhanoğlu fərqlənib.

***

Çexiya millisi Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun III turunda Türkiyə ilə matçında azlıqda qalıb.

20-ci dəqiqədə Antonin Barak ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb.

***

Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda bu gün keçiriləcək Çexiya - Türkiyə oyunu üçün heyətlər müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

Çexiya: Stanek, Holes, Hranaç, Kreyçi, Çoufal, Souçek, Provod, Yurasek, Barak, Hitil, Hlozek

Ehtiyat oyunçular: Kovar, Yaros, Zima, Vitik, Şevçik, Şik, Kuçta, Doudera, Çerni, Çoru, Linqr, Çerv, Vlçek, Sulç, Yurasek

Türkiyə: Mərt Günok, Merih Demiral, Samet Akaydin, Arda Gülər, Hakan Çalhanoğlu, Salih Özcan, İsmayıl Yüksək, Mərt Müldür, Kənan Yıldız, Fərdi Kadıoğlu, Barış Alpər Yılmaz.

Ehtiyat oyunçular: Altay Bayındır, Uğurcan Çakır, Zəki Çelik, Okay Yokuşlu, Orkun Kökçü, Kərəm Aktürkoğlu, Cenk Tosun, Yusuf Yazıcı, Əhmədcan Kaplan, İrfan Can Kahveci, Kaan Ayhan, Semih Kılıçsoy, Yunus Akgün, Bertuğ Yıldırım.


Müəllif: Teleqraf.com