2 İyul 10:40
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Avropa çempionatının 1/8 final mərhələsinin Sloveniya ilə oyununda anti-rekorda imza atıb.

Teleqraf.com xəbər verir ki, əlavə vaxtda (105-ci dəqiqə) penaltidən yararlana bilməyən 39 yaşlı hücumçu bir yığmanın heyətində üç turnirdə 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyən ilk avropalı futbolçu olub.

O, bundan əvvəl AVRO-2016-da Avstriya, DÇ-2018-də isə İran millisi ilə matçlarda penaltini qaçırıb.

Qeyd edək ki, penaltilər seriyasında rəqibini 3:0 hesabı ilə üstələyən Portuqaliya millisi 1/4 finalda Fransanın rəqibi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər