10 İyul 10:18
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də təşkil olunan Amerika Kubokunda ilk finalçı müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, yarımfinalda Kanada ilə qarşılaşan Argentina millisi 2:0 hesablı qələbə qazanıb.

Oyunda qolları 22-ci dəqiqədə Xulian Alvares və 51-ci dəqiqədə isə Lionel Messi vurub.

Qeyd edək ki, yarımfinalın digər matçı Uruqvay və Kolumbiya komandaları arasında baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər