19 İyul 01:04
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyalı gimnast Şoko Miyata siqaret çəkdiyinə görə olimpiya yığmasından qovulma təhlükəsi ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Kyodo" məlumat yayıb.

Bildirilir ki, siqaret çəkmək milli komandanın davranış kodeksinin pozulmasıdır. Yaponiya Gimnastika Assosiasiyası hadisəni araşdırır və Miyatanı Monakodakı təlim-məşq toplanışından geri göndərə bilər. Gimnast iyulun 17-də keçirilən açıq məşqdə də iştirak etməyib.

19 yaşlı Miyata qadın idman gimnastikası üzrə Yaponiya yığmasının kapitanıdır. O, 2022-ci il Dünya Çempionatında bürünc qazanıb.


Müəllif: Arzu

Oxşar xəbərlər