Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycanın üç klubu - "Zirə", "Sumqayıt" və "Sabah"ın da potensial rəqibləri müəyyənləşib.
"Sabah" turnirin II təsnifat mərhələsində "Makkabi" (İsrail) səddini aşacağı təqdirdə, "Vaduts" (Lixtenşteyn) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
"Zirə" klubu "Osiyek" (Xorvatiya) - "Levadiya" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Rəşad Sadıqovun rəhbərlik etdiyi klub II təsnifat mərhələsində "DAK-1904" (Slovakiya) kollektivinin müqavimətini qırmağa çalışacaq.
"Sumqayıt" Macarıstanın "Fehervar" kollektivini üstələyərsə, "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.