25 İyul 22:25
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, "Dalğa Arena"da baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 29-cu dəqiqədə Rafael Utziq açıb. 31-cu dəqiqədə Junior Martins fərqi iki topa çatdırıb. Qarşılaşmanın yekun nəticəsini isə 51 və 53 dəqiqələrdə fərqlənməklə dubl edən David Volkov müəyyənləşdirib.

Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.

***

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) matçı start götürüb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da keçirilir.

Görüşü lüksemburqlu baş hakim İvo Torres idarə edir.

Konfrans Liqası, ilk oyunlar

25 iyul

20:30. "Zirə" (Azərbaycan) - "DAK 1904" (Slovakiya) - 2:0 (Birinci hissə)

Qol: Rafael Utziq, 29 (1:0), Junior Martins, 31 (2:0), David Volkov, 51 (3:0), David Volkov, 53 (4:0)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər