25 İyul 21:53
546
12 Punto 14 Punto 16 Punto 18 Punto
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Sumqayıt" - "Fehervar" matçı başa çatıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Macarıstan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sumqayıt"ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib. "Fehervar"dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib. 52-ci dəqiqədə Ksaba Spandler komandasının ikinci qolunu vurub.

Meydan sahiblərindən Murad Xaçayev qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

***
"Sumqayıt" - "Fehervar" matçının 52-ci dəqiqəsində Ksaba Spandler komandasına 2-ci qolu qazandırıb.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Sumqayıt" - "Fehervar" matçında hesab bərabərləşib.

Teleqraf.com xəbər verir ki, "Fehervar"dan Tobias Kristensen Sumqayıt təmsilçisinin qapısına yol tapıb.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Sumqayıt" - "Fehervar" matçında hesab açılıb.

Teleqraf.com xəbər verir ki, "Sumqayıt"ın heyətində Səbuhi Abdullazadə fərqlənib.

Meydan sahiblərindən Murad Xaçayev isə qırmızı vərəqə ilə cəzalanıb.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Sumqayıt" - "Fehervar" matçı start götürüb.
Teleqraf.com xəbər verir ki, oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.

Görüşün baş hakimi Florian Latadır (Albaniya)

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər