25 İyul 23:25
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz qalan 30 faiz şansımızdan yapışacağıq.

Teleqraf.com xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində doğma meydanda Macarıstan klubu "Fehervar"la qarşılaşan "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

Mütəxəssis oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib:

"Qırmızı vərəqə olmasaydı fərqli nəticə görə bilərdik. Oyunçuları inanfırmalıyıq ki səfərdə qələbə qazana bilərsən. Stopper mövqeyində oynayan futbolçularımız azdır. Çətin oıacaq. Cavab matçında rəqibin 70 faiz üstünlüyü olacaq. Biz qalan 30 faiz şansımızdan yapışacağıq".

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər