26 İyul 09:40
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Teleqraf.com xəbər verir ki, bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının nəticəsinə əsasən mümkün olub.

24-cü sırada yer alan ölkənin əmsalı 17,750-yə bərabərdir. "Zirə" və "Sabah" Azərbaycan üçün hərəyə 0,250 xal qazandırıb. Onlar müvafiq olaraq Slovakiyanın "DAK 1904" (4:0) və İsrailin "Makkabi" (Hayfa) (3:0) komandalarını məğlub ediblər. "Sumqayıt" isə evdə Macarıstanın "Fehervar" kollektivinə uduzub - 1:2.

Azərbaycandan bir pillə öndə Rusiya (18,299), bir addım geridə isə Slovakiya (17,625) yer alıb.

55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər