26 İyul 17:57
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sabah” daha bir futbolçu ilə yollarını ayırıb.

Teleqraf.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Jarl Marqarita paytaxt təmsilçisini tərk edib.

Bakılılar 24 yaşlı niderlandlı ön xətt oyunçusu ilə müqaviləyə xitam verildiyini bəyan edib.

Bu, yay fasiləsində “Sabah”da 6-cı əcnəbi ayrılığıdır.

Marqaritaya qədər Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi və Emmanuel Apeh kimi legionerlər də “Sabah”dan ayrılmışdılar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər