Fransanın paytaxtında davam edən Yay Olimpiya Oyunlarında cüdo üzrə təmsilçimiz Zelim Kotsoyev yarımfinal görüşünə çıxıb.
Teleqraf.com xəbər verir ki, idmançımızın bu mərhələdəki rəqibi özbəkistanlı Muzaffarbek Turoboyev olub.
Rəqibini 1 vaza-ari xalı ilə məğlub edən Kotsoyev Olimpiadanın finalına vəsiqə qazanıb.
O, həlledici qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gələcək.
Qeyd edək ki, bununla da Azərbaycan Paris olimpiadasında ikinci medalı təmin edib. Çünki Zelim Kotsoyev ən pis halda gümüş mükafat qazanacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.