Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun növbəti görüşləri keçiriləcək.
Teleqraf.com xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.
İlk olaraq "Neftçi Arena"da "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. Paytaxt təmsilçisi baş məşqçi Roman Qriqorçukun, qonaq komanda isə Kurban Berdıyevin rəhbərliyi altında ilk rəsmi sınağına çıxacaq.
Ardınca isə Sumqayıtda şəhərin eyni adlı komandası "Kəpəz"lə üz-üzə gələcək.
3 avqust
18:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
"Neftçi Arena"
20:45. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
Mehdi Hüseynzadə adına stadion
Qeyd edək ki, tura sabah keçiriləcək "Sabah" - "Şamaxı" və "Zirə" - "Səbail" görüşləri ilə yekun vurulacaq.