4 Avqust 17:51
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada 2024-cü ilin ən yaxşı futbolçusu və məşqçisi seçilib.

Teleqraf.com xəbər verir ki, Almaniyanın nüfuzlu nəşqrlərindən olan "Kicker"in idman jurnalistləri arasında keçirdiyi sorğuda sabiq futbolçu Toni Kroos ən yaxşı adına layiq görülüb.

İspaniyanın "Real" klubunun 34 yaşlı yarımmüdafiəçisi 285 səs toplayıb. Sorğuda Almaniyanın "Bayer 04" komandasının futbolçusu Florian Virtz (246) ikinci yeri tutub. "İlk üçlüy"ü isə "Bayer"in digər oyunçusu isveçrəli Qranik Caka (66) qapayıb.

"Bayer"i məğlubiyyətsiz çempionluğa aparan ispaniyalı Xabi Alonso isə ilin məşqçisi seçilib. "Ştutqart"dan Sebastyan Höness (74) ikinci, "Haydenhaym"dan Frank Şmidt (50) isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, almaniyalı futbolçu ötən mövsüm başa çatdıqdan sonra peşəkar karyerasını bitirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər