5 Avqust 02:00
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan olan jurnalistlərə rus idmançılar - Andreyeva və Şnayderin şəkillərini çəkmək qadağan edilib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, Andreyeva və Şnayderin italyan Yasmine Paolini/ Sara Errani duetinə uduzduğu final oyunundan sonra mətbuat konfransı təşkil olunub.

Tədbirin təşkilatçıları peşəkar fotoqraflara rusların şəklini çəkməyə icazə verməyib və tennisçiləri tələsik aparıblar.

Xəbərdə qeyd edilir ki, bu gün keçirilən digər tennis oyununun qalibi Novak Cokoviçin serb fotoqraflar fotosunu çəkib. Qadağanın sadəcə rus fotoqraflara qarşı tətbiq edildiyi qeyd edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər