Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubuna keçidi haqda fikirlərini bildirib.
Teleqraf.com xəbər verir ki, 27 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında deyib ki, tezliklə meydana qayıtmaq üçün əlindən gələni edəcək:
“Şüurlu şəkildə Almaniyaya köçməyə qərar verdim. Son bir neçə gün ərzində ərazi və ətraf haqqında yaxşı təəssürat əldə edə bildim. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm. Tez sağalmağım üçün klubda ən yaxşı şərait var. "Nürnberq"də çıxış edəcəyim günü səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, 2-ci Bundesliqa klubu bu gün Mahir Emreli ilə 1 illik müqavilə imzaladığını açıqlayıb.