Çinli stolüstü tennisçi Vanq Çuqini itələdiyinə görə isveçli jurnalistin Olimpiya Oyunları akkreditasiyası ləğv edilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, jurnalist idmançını müsahibə verərkən itələyib və ondan üzr istəməyib.
Vanq Çuqin və Sun Yinqşa Paris Olimpiadasında stolüstü tennis üzrə qarışıq cütlüklərdə qızıl medal qazanıblar.