10 Avqust 20:55
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.

Teleqraf.com xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.

Bu mübarizədə Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub. Buna baxmayaraq Maqomedxan medal qazanmaq şansını itirməyib. O, bürünc medal uğrunda yarışacaq. İdmançımızın rəqibi isə təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.

Həm bürünc medal uğrunda yarışlar, həm də təsəlliverici görüşlər sabah keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər