“Neftçi” daha bir transferini hayata keçirib.
Teleqraf.com xəbər verir ki, Seneqal əsilli ispaniyalı müdafiəçi Mustafa Sek Bakı klubu ilə 3 illik sözləşmə imzalayıb.
28 yaşlı futbolçu yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran Sek “Barselona”nın müxtəlif yaş qrupu komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib, Niderland və Portuqaliya komandalarında oynayıb. Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub.