29 Avqust 01:26
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Perunun paytaxtı Limada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürüb.

Teleqraf.com xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 3 üzvü tatamiyə çıxıb.

50 kq və 55 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Dünya çempionatı

50 kq

Məhəmmədəli Hüsiyev ilk görüşündə italiyalı Tomas Qidoni (İtaliya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti görüşünü Aksel Kuqa (Fransa) qarşı keçirib. Qələbə qazanan Məhəmmədəli yarımfinala yüksəlib. Bu mərhələdə Aleksey Toptıginə (AİN) uduzan Hüsiyev bürünc uğrunda Karlos Filyo (Braziliya) ilə yarışacaq.

İlk mərhələdən azad olan Bahadır Feyzullayev Aleksey Toptıginlə (AİN) qarşılaşıb. Görüş rəqib cüdoçunun qələbəsi ilə yekunlaşıb.

60 kq

Nihad Məmişov (55 kq) mübarizəyə 1/16 finalda qoşulub və onun rəqibi Amir Temirbayev (Kanada) olub. Çempionata qələbə ilə başlayan Nihad 1/8 finalda Yan Kolondra (Polşa), 1/4 finalda isə Botond Kunyikə (Macarıstan) qalib gəlib. O, finala gedən yolda Ukraynanı təmsil edən azərbaycanlı Xəzər Heydərova qalib gəlib. Cüdoçumuz həlledici döyüşdə Bat-Enerel Batbileglə (Monqolustan) qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 1-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər