5 Sentyabr 15:34
2 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Düzünü bilmək istəyirsizsə, Kaşuk transferinin sonuncu olacağına inanmıram".

Teleqraf.com Sportinfo.az-a istinadla xəbər verir ki, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.

20 ilə yaxındır Ağdam klubunda uğurla çalışan funksioner yeni transferlərin gözlənildiyini bildirib:

"Hələ axtarışlarımız davam edir. Skaut qrupumuz bu işlərlə fəal məşğuldur. Təbii ki, transfer çalışmaları birbaşa Qurban Qurbanovun nəzarətindədir. Baş məşqçimizin istəyi üzərindən hərəkət olunur. Qurban hocanın yenə bəyəndiyi futbolçu və ya futbolçular olacaqsa, onları da "Qarabağ"a gətirəcəyik".

Qeyd edək ki, Azərbaycan çempionu bu yay 6 oyunçu ilə güclənib. Kaşukdan öncə Fabiyan Buntiç, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Mateuş Koxalski və Emmanuel Addai düşərgəyə gətirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər