9 Sentyabr 02:06
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Super Liqasında "Çaykur Rizəspor"u qəbul edəcək "Qalatasaray"da Mauro İkardi şoku yaşanır. Argentinalı futbolçu "Adana Dəmirspor" matçının 25-ci dəqiqəsində zədələnərək oyunu tərk edib.

Teleqraf.com xəbər verir ki, bir ay meydanlardan uzaq qalması gözlənilən ulduz hücumçunun zədəsini sağaltması 1,5-2 ay çəkə bilər.

İkardi bu mövsüm Super Liqaya yaxşı başlayıb, 3 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Baş məşqçi Okan Burukun ikili hücumçu planı üçün Mauro İkardinin dönüşünü gözləyəcəyi bildirilib. Bu halda Osimhenin yeganə mərkəz hücumçusu kimi ilk 11-likdə yer alacağı mümkündür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər