9 Sentyabr 17:35
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Zirə”–“Araz-Naxçıvan” və “Şamaxı” – “Qarabağ” oyunlarının keçiriləcəyi tarix müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Bildirilib ki, “Zirə” – “Araz-Naxçıvan” matçı noyabrın 6-da, “Şamaxı” – “Qarabağ” qarşılaşması isə dekabrın 19-da baş tutacaq.

Qeyd edək ki, qarşılaşmaların məkanı və başlama saatı ilə bağlı əlavə məlumatlar veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər