7 Oktyabr 11:44
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi" rəhbırliyi baş məşqçi Roman Qriqorçukla bağlı son qərarını verib.

Teleqraf.com Sport24.az-a istinadla xəbər verir ki, ukraynalı mütəxəssislə görüşdən sonra yolları ayırmaq qərarı qəbul olunub.

Qərar 9-cu turda Tovuzda "Kəpəz"dən alınan 3:4 hesablı məğlubiyyətdən sonra reallaşdırılıb.

Mövsümün əvvəlində "sükan arxası"na gətirilən və 3 illik müqavilə imzalanan mütəxəssislə qarşılıqlı razılıq əsasında anlaşmaya xitam verildiyi bildirilir.

Qeyd edək ki, "Neftçi" cari mövsüm tarixinin ən uğursuz dövrünü keçirir. Komanda arxada qalan 9 turdan sonra 5 heç-heçə edib, 4 məğlubiyyət alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər