"Sumqayıt" klubu baş məşqçi Samir Abasovla yolları ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Neftçi” PFK ilə əldə olunmuş razılıq və Samir Abasovun şəxsi istəyini nəzərə alaraq baş məşqçi ilə “Sumqayıt” Futbol Klubu arasında əməkdaşlıq başa çatıb. Samir Abasova klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq!" - məlumatda qeyd edilib.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2022-ci ildən komandanın "sükanı arxasında" idi.